Vəkillər müsəlmanların hüquqlarını pozan qanunların ləğvini tələb edirlər

Avstaliyanın Müsəlman Təşkilatları, vəkilləri, ictimai xadimləri və hüquq qoruyucuları ölkənin baş prokuroru Corc Brandisə müraciət ediblər.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, onlar qanuna tabə olan müsəlmanların hüquqlarını pozan " xaricdə müharibə edənlər haqqında qanun layihəsi"-ni dondurmağı tələb ediblər.

Prokurora ünvanlanmış açıq məktubda deyilir: "Hökümət bu qanunu parlamentdən atladıb keçirtmək istəyir, lakin  bununla o bizim seçilmiş nümayəndələrimizi və cəmiyyətimizi təklif olunan düzəlişləri müzakirə etmə hüququndan məhrum etmiş olur.  Hökümət izah etməlidir ki, bu düzəlişlər nə üçündür. Avstraliyada xarici terrorçulara qarşı qanunlar artıq mövcuddur. Hökümət və onun agentlikləri terrorizmlə mübarizə aparmaq üçün böyük səlahiyyətlərə malikdirlər. Biz anlamırıq ki, qanunvericiliyə avstaliyalı vətəndaşların hüquqlarını pozan bəzi dəyişiklərin edilməsi nəyə lazımır. "

Müsəlman Təşkilatları və qanun qoyucularından əlavə bu müraciəti konstitusiya hüququ mütəxəssisi, New South Wales  Universitetinin professoru Corc Uilyams, Sidney Universitetinin Beynəlxalq Hüquq professoru Ben Sol və Avstraliya Milli Universitetinin professoru Hilari Carlzvort imzalayıblar.//

Google+ WhatsApp ok.ru