Vəfa Quluzadə: “Rəsmi Moskva istəməsə helikopterin vurulması təsadüfi hadisə kimi qəbul olunacaq”

"Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib”. Bu məlumatları Müdafiə Nazirliyi vurulan vertolyotla bağlı açıqlama verəkən yayıb.
Maide.az xəbər verir ki, mövzu ilə bağlı deyerler.org-a fikirlərini bölüşən politoloq Vəfa Quluzadə deyib ki, helikopterin vurulması hadisəsində isə təəccüblü heç bir məsələ yoxdur: “Biz Ermənistanla müharibə şəraitində yaşayırıq. Mütəmadı atəşkəs rejimi  pozulur. Biz sadəcə buna öyrəşmişik və bu hadisələrə fikir vermirik. Helikopterin vurulması hadisəsində isə təəccüblü heç bir məsələ yoxdur. Atəşkəs xəttini pozan hər bir təyyarə, vertolyot  və ya digər texnika vurulmalıdır. Ümumiyytlə cəbhə xəttində baş verən hərbir gərginlik müharibə üçün zəmin ola bilər. Bu baxımdan Ermənistanın hava məkanını pozması səbəbindən hərbi helikopterin vurulmasını rəsmi Moskva istəsə bunu bəhanə edib, şişirdəcək. Əgər istəməsə bu hadisəni təsdüfi bir hadisə kimi qələmə verib, ört-basdır edəcək”.

Google+ WhatsApp ok.ru