Vətəndaşlar “ASAN xidmət”-in səyyar avtobusları haqda operativ məlumat ala biləcəklər

Vətəndaşlar www.gomap.az saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olaraq, rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcək.
 
“ASAN xidmət”-dən bildirilib ki, bu məlumatı “ASAN xidmət”in rəsmi www.asan.gov.az internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

Google+ WhatsApp ok.ru