Vəkili İntiqam Əliyevin son durumu haqda danışdı

“Mən dünən Agır cinayətlərə dair İşlər üzrə Məhkəməyə getmişdim. Orada mənə bildirdilər ki, İntiqam Əliyevin işlərində olan səhfləri düzəldib gələn həftə Apelyasiya Məhkəməsinə göndərəcəklər”. Bunları Deyerler.org-a İntiqam Əliyevin işi ilə bağlı məlumat verərkən vəkil Şəhla Hümbətova deyib.

O qeyd edib ki, Apelyasıya Məhkəməsi  isə 15 gün ərzində ilkin baxış üçün toplanmalıdır: “ Biz Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının dəqiq tarixini deyə bilmirik. Amma ümid edirk ki, bu proses  o qədər uzadılmaz. Təxmin etdiyimizə görə iyun ayının axırına kimi təyin edilməldir. Bu gün İntiqam Əliyevin yanında idim. İ.Əliyev səhhəti ilə bağlı şikayət etmir. Amma müşahidə edirəm ki, ciddi ağrıları var. Eyni zamanda havaların necə isti keçdiyini görürük. Onlar isə qapalı kamera şəraitində saxlanılır. O isə şikayətlənmək istəmədiyini bildirdi. Dediyinə görə kameranın pəncərsini açdıqda isti olur, eyni zamanda külək axını olur və belinə ciddi təsir edir. Ağrılar qalır, çünki həbsxana şəraitində düzgün müalicə edilmədi. Vəkillər birlikdə təcridxananın rəhbərliyinə yazdıq ki, İntiqam Əliyev düzgün müayinə və müalicə olunsun. Amma hələ ki, heç bir cavab verilməyib”./

Google+ WhatsApp ok.ru