Vətəndaş insan alveri haqqında nə bilməlidir?

"Ölkədə qadln alveri kimi, məcburi işlətmələrdə çoxalıb"

Bu sözlər "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  Maide.Az-a insan alveri ilə mübarizəni müzakirə edərkən deyib. Birliyin sədri bildirir ki,

Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazovun son hesabtında da açıq şəkildə görünür ki, ölkədə xüsusi məqam məcburi əməklə mübarizənin gücləndirilməsidir. Bildiyiniz kimi hazırda bütün dünyada əməyin istismarı və məcburi əməklə bağlı ölkələr mübarizədə daha çox səylər göstərir.

Təşkilatımız hər zaman bu cür neqativ hadisələrlə mübarizə apararaq, hadisə qurbanlarına kömək edib. Bundan sonrada edəcək

Vətəndaş insan alveri haqqında nə bilməlidir?

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daha çox xaricə gedən insanlara müraciət edir və bildirir ki, xaricdə iş təklifi zamanı onlar insan alverçilərinin qurbanına çevrilə bilərlər. İdarə bəyan edir: “Sizə xarici ölkədə yüksək ödənişli iş təklif olunur? Tələsməyin! Yüz ölçüb bir biçin. Əgər bu cür təklif firmadan gəlibsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi –lisenziyasının olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası DİN-in Miqrasiya Xidmətində var”.

Eyni zamanda təhsil almaq adı ilə gənclər xaricə aparılır və insan alverçilərinin qurbanına çevrilirlər. Onlar daha çox pulsuz təhsil adı ilə gəncləri yoldan çıxarırlar.

Qeyd edək ki, dünən Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazov hesabat verib və son rəqəmləri səsləndirib.  

Milli koordinator ölkədə insan alveri və məcburi işlətmə hallarının 22 faiz artmasına diqqət çəkib: «108 insan alveri, 8 məcburi əmək və sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə, 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup vəbir mütəşəkkil dəstə zərərsizləşdirilib». /

Google+ WhatsApp ok.ru