`Vəhhabiliyin Rusiyada qadağan olunması üçün Putinə müraciət etmişik`

`Vəhhabiliyin Rusiyada qadağan olunması üçün Putinə müraciət etmişik`

 
Çeçenistan Müftisi: "İslam Konfransında qəbul olunan qətnamənin bir bəndi bu barədədir"
 
Rusiyada vəhabilik qanunla qadağan olunmalıdır. FaktXəbər-in İslamToday-ə istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan  müftisi  Salah Meciyev bəyan edib.
 
"İslam Konfransında qətnamələr qəbul olunub. Sənəddə olan bəndlərdən biri də vəhabiliyi sekta elan etmək və onların Rusiyada qadağan olunması ilə bağlı idi. Bizim özümüz də  bununla bağlı RF prezidenti Vladimir Putinə müraciət etmişik", - deyə müfti vurğulayıb.
 
O, həmçinin vəhabiliyin Sibir və Mərkəzi Rusiyada aktiv şəkildə yayılmasından da narahatlığını ifadə edərək, onlara cavab vermək üçün  müsəlmanları birləşməyə çağırıb.
 
Salah Məciyev jurnalistlərə də müraciət edərək, ekstremist və terrorçuları "cihadçılar" deyə çağırmamağa səsləyib: "Bu insanları şeytan adlandırmaq lazımdır".
 
Yeri gəlmişkən qeyd edək ki, Moskvanın Mərkəzi Məscidində Məhərrəmlik ayının girməsi ilə əlaqədar İmam Hüseynə (ə) əza məclisi təşkil edən azərbaycanlı şiələrə vəhabilər tərəfindən hücum olunub. Belə ki, azərbaycanlılar namaz qılıb qurtardıqdan sonra xütbəyə başlayanda, digər tərəfdə olan vəhhabilər onlara hücum edib. Həmvətənlərimizin yerdə oturmağına baxmayaraq, vəhhabilər onlara qarşı əlbəyaxa hücuma keçib. /

Google+ WhatsApp ok.ru