Vəkil: 'Məhkəmələr kredit işlərinin içində batır'

Vəkil: 'Məhkəmələr kredit işlərinin içində batır'

2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılmışdısa, 2016-cı ilin yalnız birinci yarısında bu rəqəm 166 min 43 olub.
 
Bunu ötən ilin məhkəmə işlərinin statistikası ilə bağlı şərhində vəkil Cavad Cavadlı deyib. Vəkil Dövlət Statistika Komitəsinin bilgilərinə istinad edir.
 
«2015-ci ildə məhkəmələrdə baxılan 171 min 664 iş kredit münasibətlərindən meydana çıxıb. Bunlar ümumi işlərin 75.15 faizin təşkil edib. Ancaq yalnız keçən ilin ilk yarısında bu kateqoriyadan olan işlərin sayı 136 min 231 olub. Bu isə həmin dövrdə işlərin ümumi həcminin 82 faizi deməkdir. 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam edəcək», - vəkil qeyd edib.
 
Vəkil hesab edir ki, belə olan halda hakimlərin digər işləri normal qaydada araşdırması fiziki baxımdan mümkün olmur.
 
Onun fikrincə, qanunvericilikdə bu tipli işlərin sayının azaldılmasından ötrü onlar notariat orqanına həvalə edilməlidir.
 
«Statistik rəqəmlərə görə, onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada - əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 min 415 məhkəmə əmri qəbul edilib. Bu, həmin işlərin 84 faizini təşkil edir», - C.Cavadlı bildirib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru