Vəkil: Ruhani Şeyx Sərdar Hacıhəsənliyə qarşı irəli sürülən ittihamın özünün də hüquqi əsası yoxdur

Vəkil: Ruhani Şeyx Sərdar Hacıhəsənliyə qarşı irəli sürülən ittihamın özünün də hüquqi əsası yoxdur

Ruhaniyə qarşı hüquq pozuntusu edilib
 
Maide.Az xəbər verir ki, ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.
 
Tanınmış vəkilin açıqlamasında deyilir:
"Masallı rayonundan olan ruhani Sərdar Babayevin barəsində bir ay əvvəl Masallı rayon İcra Hakimiyyətinin başçısı cinayət işi başlanılması üçün şikayət etmişdir. Dəfələrlə onunla birlikdə istintaqda iştirak etmişik. Üç gündür ağır xəstə olduğumdan və bu barədə istintaqı aparan Masallı rayon Polis şöbəsinin istintaq şöbəsinə məlumat vermişəm. Buna baxmayaraq, bu gün Sərdar Babayev polisə səhər çağırılıb və hal-hazırda həbs edilməsi üçün məhkəməyə aparılır. Ona Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Bütün bunlar müdafiə hüququnun kobud surətdə pozulması ilə aparılır. Həmin ittihamın özünün də hüquqi əsası yoxdur".  
 
 
Qeyd edək ki, CM nin müvafiq maddəsində deyilir: 
 
Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma
168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması -
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması -
bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər.

Google+ WhatsApp ok.ru