Vəkil: `Bütün hallarda Şeyx Sərdar haqqında çıxarılan hökm, vicdan azadlığına və ifadə azadlığına kobud müdaxilədir`

Vəkil: `Bütün hallarda Şeyx Sərdar haqqında çıxarılan hökm, vicdan azadlığına və ifadə azadlığına kobud müdaxilədir`

Şeyx Sərdarı müdafiə edən 5 tanınmış vəkildən biri, vəkil Elçin Sadıqov  üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyi üçün  Şeyx Sərdar Hacıhəsənlinin həbsinə öz fb səhifəsində etiraz edib: 
 
Maide.Az xəbər verir ki, E.Sadıqov müdafiə etdiyi S.Hacıhəsənlinin barəsində Masallı Rayon Məhkəməsinin qərarını etirazını belə bildirib: “Sərdar Babayev namaz qıldığına, insanları dinə, imana çağırdığına, insanları maarifləndiridiyinə görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. 21 ci əsrdə dini inancına görə həbs edilmək ancaq Azərbaycanda ola bilər. Məhkəmə cəzanı onunla əsaslandırıb ki, Sərdar Babayev azadlıqdan məhrum olunmasa, yenə namaz qılacaq. Sanki bu üsulla insanın dini inanclarını əlindən alacaqlar”.
 
E. Sadıqov əlavə edib ki, bütün hallarda bu hökm vicdan azadlığına və ifadə azadlığına kobud müdaxilədir.
 
Qeyd edək ki, iyul ayının 3-də  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə Anar Almuradlının sədrliyi ilə keçirilib və prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur. 

Google+ WhatsApp ok.ru