Vəhşi fillər Myanmalı müsəlman qaçqınların düşərgəsinə hücum edib

Vəhşi fillər Myanmalı müsəlman qaçqınların düşərgəsinə hücum edib

Vəhşi fillər Myanma – Banqladeş  sərhəddində Yuxiya şəhərində Myanmalı müsəlman qaçqınların düşərgəsinə hücum edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir  ki, vəhşi fillərin hücumu nəticsəində  4 nəfər ölüb, 1 nəfər yaralanıb. 
 
Ölənlərdən 3 nəfəri uşaq və  hamısı bir ailənin üzvidir.  
 
Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı  hücumlarının ardınca  bu bölgədən  515 mindən çox Rohingiyalı müsəlman  Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.
 

Google+ WhatsApp ok.ru