Vəfat etmiş Azərbaycanlı zəvvar Nəcəf şəhərində dəfn olunacaq

Vəfat etmiş Azərbaycanlı zəvvar Nəcəf şəhərində dəfn olunacaq

-- Yardımlı qəsəbə sakini olan Rauf ürək tutmasından dünyasını dəyişib

Ərbəin ziyarəti üçün İraqa səfər etmiş  Azərbaycanlı zəvvar  vəfat edib. 
 
Maide.Az "Cenubpress"  qəzetinə istinadən xəbrə verir ki, Ərbəin ziyarətinə getmiş  Musayev Rauf Həbulla oğlu bu gün İraqın Samira şəhərində Əsgəreyn (ə) imamlarının hərəmini ziyarətdən sonra geri qayıdarkən avtobusda ürək tutmasından dünyasını dəyişib.
 
Bildirilir ki, 1956-cı il təvəllüdlü mərhum R.Musayev Yardımlı qəsəbə sakini olub. 
 
Maide.Az-ın məlumatına görə, Mərhumun R.Musayevin ailəsinin razılığı ilə onun cənazəsi dəfn olunmaq üçün Nəcəf şəhərinə aparılıb. Sənədləşdirmə işləri bitdikdən sonra mərhum Nəcəf şəhərində torpağa tapşırılacaq. 
 
 

 

Google+ WhatsApp ok.ru