Vətəndaş dərman mafiyasının ovucunda

Vətəndaş dərman mafiyasının ovucunda

-- dərmanların alınması və yayılmasında problem həm də ondadır ki

"Novoye Vremya" qəzetində isə "Azərbaycanlılar dərman mafiyasının ovucunda" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Aərbaycanın və ölkə vətəndaşlarının dərmanla təminatı səviyyəsini müzakirə edir.
 
Müəllif keyfiyyətsiz dərman probleminin özünü çoxdan göstərdiyini deyir, apteklərdə ancaq keyfiyyətli dərman satılması tələbi olsa da, buna əməl edilmədiyini, dərmanların istifadə müddətinin bitməsi barədə qeydlər olmadığını bildirir: "İstehsal texnologiyasında, qablaşdırma prosesində, saxlanmasında pozuntular aşkara çıxarılan dərmanlar keyfiyyətsiz dərmanlar sayılır. Habelə istifadə müddəti başa çatmış dərmanı qətiyyən satmaq olmaz".
 
Amma müəllif deyir ki, Azərbaycanda keyfiyyətsiz dərman satışı təzə məsələ deyil və aprelin sonlarında qanunsuz dərman satışına görə, 5 nəfərin həbs olunması təsadüf sayıla bilməz.
 
Müəllif vurğulayır ki, əməliyyatlar qanunsuz dərman satışı həyata keçirən 11 ünvanı əhatə edib, müxtəlif firmaların anbarları, aptek dükanları, olara aid mənzillər müşahidə edilib və toplanmış materiallar əsasında cinayət işi qaldırılıb, bu məsələ ilə əlaqədar gömrük komitəsindən bəzi şəxslər işdən azad olunublar.
 
Yazı müəllifi deyir ki, dərmanların qiymətləri bir neçə dəfə qalxıb, amma onların keyfiyyətinin yaxşılaşması hələ də arzu olaraq qalmaqdadır: "Aydındır ki, inflyasiya bütün sahələrə təsir göstərir, nəticədə ərzaq mallarının da, geyimin də və dərmanların da qiymətləri bahalaşır.
 
Müəllif deyir ki, adətən qiymət tədricən artır, burada isə dərmanların qiymətləri razılaşdırılmış kimi sürətlə artır və daha çox ölkəyə dərman idxal edən əczaçılıq bazarında baş verənlərdən irəli gəlir: "Təəccüblü deyil ki, qonşu Türkiyənin apteklərində dərman Azərbaycanla müqayisədə 3 dəfə ucuzdur. Bu, həm də onu göstərir ki, "dərman mafiyası" azərbaycanlıların hesabına qazanır, bizim adamları təkcə aldatmırlar, həm də onlara keyfiyyətsiz dərman satırlar. Bir çox ekspertlər əmindirlər ki, bir çox aptek və topdansatış firmaları keyfiyyətsiz dərman aldıqlarının fərqindədir".
 
Yazı müəllifi vurğulayır ki, problem ondadır ki, bu halda, yəni, keyfiyyətsiz və saxta dərman gətirən özəl şirkətlər cərimə ilə yaxalarını qurtara bilirlər, amma indi qanunvericiliyə yenidən baxılır və bu hal üçün cinayət məsuliyyəti nəzərdə tutulur.
 
Müəllif deyir ki, dərmanların alınması və yayılmasında problem həm də ondadır ki, 100-lərlə vasitəçi firmalar var və onların fəaliyyətinə nəzarət etmək çox çətindir.
 
Müəllifin sözlərinə görə, ən ağrılısı isə budur ki, saxtalaşdırılmış dərman sayı arta bilər.(contact.az) 
 

Google+ WhatsApp ok.ru