Vəkil: ''Mehman Hüseynov müvəqqəti evə buraxılıb'- YENILƏNİB

Vəkil: ''Mehman Hüseynov müvəqqəti evə buraxılıb'- YENILƏNİB

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyib ki,  Mehman Hüseynov Penitensiar Xidmətin maşını ilə evlərinə aparılıb.
 
Vəkil Şəhla Hümbətova məlumatı təsdiqləyib və əlavə edib ki, bloger yas mərasimində iştirak üçün müvəqqəti olaraq evə buraxılıb.
 
***
İki il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat 1-də vəfat edib.
 
Maide.Az bildirir ki, məlumatı Meydan TV-yə vəkil Şəhla Hümbətova verib.
 
O, xəbəri gecə aldığını bildirib:
 
"Neftçilər Xəstəxanasına çatanda artıq Firəngiz xanım ölmüşdü. Mehman Hüseynovun dəfnə buraxılması ilə bağlı müraciət hazırlayacağam. Hazırda xəstəxanadayam, ölüm sənədini alıb, Qaradağa, 14 saylı Cəzaçəkmə Müəssisəsinə getməliyəm. Nədənsə arayışı gecikdirirlər”.
 
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.
 
O, polisə böhtan atmaqda günahkar bilinib.
 
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.
 
Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər.
 
Allah rəhmət eləsin!

 

Google+ WhatsApp ok.ru