Vəkil: Avropa İnsan Hüquqları Məhkəməsində Şeyx Sərdarın işi ilə bağlı kommunikasiya mərhələsi bitib

Vəkil: Avropa İnsan Hüquqları Məhkəməsində Şeyx Sərdarın işi ilə bağlı kommunikasiya mərhələsi bitib

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin işi ilə bağlı kommunikasiya mərhələsi bitmişdir.

Bu barədə Maide.Az-a Şeyx Sərdarın vəkili Cavad Cavadov məlumat verib.  

Yola saldığımız ildə Şeyx Sərdar Hacıhəsənlinin işində baş verən yeniliklə bağlı danışan vəkil Cavad Cavadov bildirib:

"Şeyx Sərdarın işi mənim vəkillik təcrübəmdə yadda qalan ən rəzalətli işlərdən biri olmaqla onun barəsində çıxarılan məhkəmə hökmü müasir ölkəmizin məhkəmə tarixində qara ləkə kimi qalacaqdır. Çünki ona verilmiş ittihamda və hökmdə onun məhz cümə namazına rəhbərlik edib xütbə söylədiyinə görə məhkum olunması əks olunub.

Avropa İnsan Hüquqları Məhkəməsi göndərdiyimiz şikayəti araşdırmağa nisbətən qısa müddətdə başlamışdır və bu çox müsbət bir haldır.

Bu ilin may ayında artıq kommunikasiya mərhələsi bitmişdir və növbəti ildə qərar qəbul oluna bilər.

Bu il bir neçə dəfə Şeyxlə cəzaçəkmə müəssisəsində görüşmüşəm. O hətta vaxtından əvvəl şərti azad edilmək üçün ərizə yazmaq niyyətində olmadığını bildirdi. 2020-cı ilin fevral ayının 22-si azadlığa çıxmalıdır."

Google+ WhatsApp ok.ru