Vəkil Aqil Layıc təcridxanada Tofiq Yaqubluya baş çəkib

Vəkil Aqil Layıc təcridxanada Tofiq Yaqubluya baş çəkib

 Bazar ertəsi vəkil Adil Layıc Şüvəlan təcridxanasında Tofiq Yaqublu ilə görüşüb.
 
“O, görüşə çox gec gəldi. Halı yox idi, rəngi solmuşdu və əvvəlkitək yerimirdi, gözləri çuxura enmişdi sanki. Dedi ki, 9 kiloqram çəki itirib, 91 kiloqramdan 82-yə düşüb”, - vəkil Facebook səhifəsində yazıb.
 
T.Yaqublu bildirib ki, təcridxana rəisinin müavini Rasim Əsgərov və psixoloq onun yanına gəliblər, psixoloji durumu haqda hansısa akt tərtib etmək istəyiblər. Guya T.Yaqublu psixoloji durumu ilə əlaqədar aclıq edir. Ancaq T.Yaqublu onlara bildirib ki, psixoloji durumu normaldır, aclığı ona qarşı ədalətsizliyə görə edir. /contact /

Google+ WhatsApp ok.ru