Vahid ərəb və Avropa ordularının yaradılması müzakirə edilir

Ərəb dövlətlərinin Liqasının baş katibi Nabil əl-Arabinin regionda təhlükələrlə (təhdidlərlə) mübarizə üçün vahid ərəb qoşunlarının yaradılması ehtiyacın olduğunu vurğulayıb. Bu barədə Trend "Anadolu" agentliyi isitinadən məlumat verir.
 
Ərəb hökumətləri terrorizmlə mübarizə, dünyanın qorunması, humanitar köməyin çatdırılması və mülki əhalinin müdafiəsi üçün birgə ordunun yaradılması haqqında məsələyə baxmalıdır, əl - Arabi Qahirədə keçirilən xarici işlər nazirlərinin iclasında bildirib.
 
"Bu sualın müzakirəsi kollektiv məsuliyyətə əsaslandırılmış şəkildə olmalıdır", - əl-Arabi qeyd edib.
 
Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker bundan öncə vahid Avropa ordusunun yaradılması haaqında təklif irəli sürüb.
 
Onun təklifini Almaniyanın kansleri Angela Merkel də dəstəkləyib.

Google+ WhatsApp ok.ru