Vahid Mustafayev cəbhədə baş verən hadisələrə reaksiya verdi

Bu gün cəbhə xəttində baş verən hadisə ilə bağlı ANS TV və ANS ÇM radiosunun efirində böyük proqram dəyişikliyi olacaq. 
 
Bu barədə ANS-ə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, bu, Azərbaycan hərbçilərinin cəbhədə şəhid olması ilə əlaqədardır. 
 
Televiziyanın və Radionun efirindən bütün əyləncəli, yumorostik verilişlər çıxarılıb. Televizayanın bütün verilişləri efirə musiqi müşaiyəti olmadan çıxacaq. 
 
"Mən özüm bütün Qarabağ müharibəsindən və digər qaynar nöqtələrindən keçmişəm. Heç bir yerdə atəşkəs zamanı Azərbaycan Ordusunun bu gün verdiyi itki qədər itki görməmişəm. Mən təsəvvür edirəm bizim uşaqlar bu gecə hansı qüvvə ilə rastlaşıblar, nələrdən keçiblər... Amma torpağımızın bir qarışınıda verməyiblər. Aralarında 19 yaşlı uşaqlarda var idi. Düşmən odunun cəhənnəminə baxmayaraq qardaşlarımız sınmayıblar, qaçmayıblar, doğma torpağı özlərinə məzar seçiblər, amma düşmənin irəliləməsinə imkan verməyiblər. Şəhidlərin Ruhu və onların Valideyinləri qarşısında baş əyirəm. Var ol Azərbaycan!
 
Əminəm ki, düşmən atəşkəs zamanı xaincəsinə bizim əsgər və zabitlərimizin qanına görə cavab verəcək, hər bir damcıya görə, in şa Allah! Biz Ali baş komandan, ölkə prezidenti İlham Əliyevin istənilən əmrinə hazırıq. Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Google+ WhatsApp ok.ru