Vaşinqtonda etiraz aksiyası zamanı 400 nəfər saxlanılıb

Vaşinqtonda Konqres yaxınlığında keçirilən etiraz aksiyası samanı 400 nəfər saxlanılıb
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları nəhəng maliyyə korporasiyaların ABŞ-ın siyasətinə təsirini azaltmağa çağırıblar.
 
Aprelin 2-də Filadelfiyada start götürən aksiya Vaşinqtonda davam edib. Əksəriyyətini gənclər təşkil edən aksiya iştirakçıları Kapitolinin pilləkənlərinə yaxınlaşarkən polisin müqaviməti ilə qarşılaşıblar. İcazəsiz aksiyanın iştirakçıları polis məntəqələrinə aparılıb.
 
İnsident nəticəsində zərərçəkən olmayıb. /
 

Google+ WhatsApp ok.ru