Vaşinqtonda Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib

Vaşinqtonda Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib

Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasəti əleyhinə nümayiş keçirilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin qarşısında toplanmış minlərlə insan sığınacaq axtaran insanlarla həmrəylik nümayiş etdirib.
 
Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.
 
Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. /

Google+ WhatsApp ok.ru