Vaşinqtonda və Nyu-Yorkda İranla müharibəyə qarşı mitinqlər keçirilib 10 Yanvar 2020 10:26 Xəbərlər ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində yüzlərlə nümayişçi İranla vəziyyətin gərginləşməsinin qarşısının alınması və münaqişənin diplomatik yolla həllini tələb edən aksiyalar keçirib. Bu barədə RİA “Novosti" məlumat yayıb. Vaşinqton və Nyu-Yorkdakı yürüşlər pasifist təşkilatlar koalisiyasının ölkə daxilində keçirməyi planlaşdırdığı 200-dən çox tədbirdən birincisi olub. Onların mitinqi dinc və hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmasız keçib. Teqlər : #Vaşinqtonda,#və,#NyuYorkda,#İranla,#müharibəyə,#qarşı,#mitinqlər,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Rəsuli Məhəllati vəfat edib Müsəlman qadın Ohayo seçkilərinə namizəd olub