Vaşinqtonun bir hissəsi bir neçə ilə yerlə-yeksan olacaq

Vaşinqtonun bir hissəsi bir neçə ilə yerlə-yeksan olacaq

-- okean sularının səviyyəsinin qalxmasına görə

Amerika Kolorado Universitetinin iqlim mütəxəssisləri əsrin sonunda okean sularının səviyyəsinin 65 sm yüksələcəyini açıqlayıb.
 
Maide.Az "publika.az"-a istinadən xəbər verir ki, elm adamları hava-nəzarət bilgilərinə əsaslanaraq istehsal olunan dinamik modellər sayəsində dəniz səviyyəsinin 2,9 mm artdığını təsbit edib.
 
Nəticələri “Proceedings of the National Academy of Sciences” (Milli Elmlər Akademiyasının tədqiqatları) jurnalında dərc edilən araşdırmada suların artma sürətinin son 25 ildə 0.084 mm olduğu bildirilib.
 
Okean sularının sürətli şəkildə artması qorxunc fəlakətlərə yol açacaq. Belə ki, Filippin adasında yerləşən “Pinatubo” vulkanının püskürməsi və Sakit okeanın ekvatorial hissəsindəki litosfer qatlarının dalğa forması alması sözügedən prosesə ciddi təsir göstərəcək. Elm adamlarının təxminlərinə görə, bu üç hadisənin sürətlənməsi bəzi sahil şəhərlərinin və kiçik adaların yerlə-yeksan olmasına səbəb olacaq.
 
Bu ərazilərə Floridanınn cənubu, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsi aiddir.
 

Google+ WhatsApp ok.ru