Valideynlər övladlarını bu yolla məktəbə aparmaqda çətinlik çəkirlər

Valideynlər övladlarını bu yolla məktəbə aparmaqda çətinlik çəkirlər

Paytaxtın Suraxanı rayonu Hövsan yolu, Dədə Qorqud qəsəbəsinin sakinləri övladlarını məktəbə aparmaqda çətinlik çəkirlər. Səbəb yolun pis vəziyyətə olmasıdır.
 
Maide.Az "xezerxeber"-ə istinadla xəbər verir ki, yol pis vəziyyətdə olduğundan sakinlər yaxınlıqda yerləşən məktəbə övladlarını aparmaqda çətinlik çəkirlər. Çünki yağış yağan kimi yol suyun altında qalır.
 
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl yoldakı suyu hətta nasoslarla çəkiblər. Ancaq bu da problemdən çıxış yolu olmayıb. Onlar bir neçə dəfə Zığ bələdiyyəsinə müraciət etsələr də, problem həll olunmayıb.
 
Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, problemdən xəbərdardırlar və əraziyə kanalizasiya xətti çəkiləndən sonra məsələ həll olunacaq.
"Azərsu" ASC-dən isə bildirilib ki, sözügedən qəsəbədə kanalizasiya xəttinin çəkilməsi üçün layihə hazırlanıb. Vəsait ayrılandan sonra ərazidə kanalizasiya xəttinin çəkilişinə başlanılacaq.
 

 

Google+ WhatsApp ok.ru