Valyutadəyişmə fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

Valyutadəyişmə fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.
 
Bu barədə Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
 
Onun sözlərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.
 
Layihə Milli Məclisin səsə qoyularaq qəbul edilib. (apa) /

Google+ WhatsApp ok.ru