Vanda terrorçular iki TIR və bir yük maşınını yandırıblar

Türkiyənin Van vilayətinin Çaldıran rayonunda yol kəsən terrorçular saxladıqları iki TIR və bir yük maşını yandırıb.
 
Maide.az xəbər verir ki, Van-Ağrı avtomobil yolunun Gülzar kəndi ərazisində yolu bağlayan PKK terror təşkilatı üzvləri saxladıqları maşınların sürücü və sərnişinlərini endirərək terror təşkilatının təbliğatını aparıb.
 
Onların yandırdıqları maşınlarda pambıq var imiş.
 
Terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlayıb.

Google+ WhatsApp ok.ru