Varşavada Müsəlman Mədəniyyəti Mərkəzi daşa basılıb

Varşavada Müsəlman Mədəniyyəti Mərkəzi daşa basılıb

-- insident nəticəsində xəsarət alan olmayıb

Polşanın paytaxtı Varşavada Müsəlman Mədəniyyəti Mərkəzi daşa basılıb, hazırda hadisə yerində polis var.
 
Dünən gecə paytaxtın Oxota mikrorayonunda baş verən insident nəticəsində xəsarət alan olmayıb.
 
Amma naməlum şəxslər pəncərələrin şüşələrini qırıb, kondisioneri xarab ediblər. Hələlik xuliqanların neçə nəfər olduğu dəqiq bilinmir, amma dağıntılara baxdıqda onların azı bir neçə nəfər olduğu görünür.
 
Hadisə yerinə gələn polis şahidləri dindirir.
 
Mərkəzin nümayəndələri əvvəllər dəfələrlə təhdidlərə, həçinin elektron poçt vasitəsilə təhdidlərə məruz qalıblar.(report)

Google+ WhatsApp ok.ru