Vatikan rəsmiləri ilə Əl-Əzhər Universiteti rəsmiləri Qahirədə görüşür

Vatikan rəsmiləri ilə Əl-Əzhər Universiteti rəsmiləri Qahirədə görüşür

Vatikan ötən gün elan edib ki, kardinal Jean-Louis Tauran və onun başçılıq etdiyi nümayəndə heyəti Əl-Əzhər Universitetində xüsusi bir seminarda iştirak etmək üçün Qahirəyə səfər edəcək.  
 
Maide.Az xəbər verir ki, “patheos” saytının məlumatına görə, səfər fevralın 22-də baş tutacaq.  
 
Səfər çərçivəsində Vatikan nümayəndələri ilə Əl-Əzhər Universiteti rəsmilərinin görüşü olacaq.  
 
Görüşdə Əl-Əzhər və Vatikanın din adı ilə zorakılıq və ifratçılıqla mübarizədə rolu mövzudunda danışıqlar aparılacaq. 
 

Google+ WhatsApp ok.ru