Vatikan Fələstini rəsmən tanıdı

Katolik aləminin ruhani mərkəzlərindən olan Vatikanın Fələstini dövlət kimi tanıması mənasını verən iki ölkə arasında ilk rəsmi müqavilə imzalanıb.
 
Maide.az-ın məlumatına görə, Vatikanın mətbuat ofisindən bildiriblər ki, Vatikandakı Papalıq Sarayında keçirilən mərasimdə Vatikan Dövlətlərarası Əlaqələr katibi Monsenyor Pol Riçard Qallaher ilə Fələstin Xarici İşlər naziri Riyad Əl-Maliki müqaviləni imzalayıblar.
 
İki ölkə münasibətlərində yeni bir səhifə açmağı hədəfləyən, əsası 15 fevral 2000-ci ildə Vatikan ilə Fələstin Qurtuluş Təşkilatı arasında imzalanan sazişə əsaslanan və bu gün təsdiqlənən mətn, Vatikanın Fələstini dövlət statusunda tanıması anlamına gəlməsi və bu istiqamətdəki ilk rəsmi müqavilə olması baxımından tarixi əhəmiyyət daşıyır.
 
Sözügedən müqavilə 8 əsas başlıq altında toplanan 32 maddədən ibarətdir.
 
Tərəflər arasında müqavilənin iki ölkənin konstitusiya və ya daxili qanunvericilikdəki mərhələləri başa vurmasından sonra qüvvəyə minəcəyi bildirilib.
 

Google+ WhatsApp ok.ru