Vatikan Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir

Vatikan Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir

Vatikan Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir.
 
“Report” xəbər verir ki, bu barədə Vatikanın idman naziri Melxor Sançes de Toka “Inside the Games” portalına bildirib.
 
Onun sözlərinə görə, bu məqsədlə Milli Olimpiya Komitəsi (MOK) təsis etməyi planlaşdırırlar: “Futbol, taekvondo, kriket oynamağı bacararıq. Beynəlxalq federasiyalarla əlaqəli 5 və ya 6 idman növümüz olandan sonra MOK yaratmaq barədə düşünə bilərik. Paris olimpiadasındakı paradda iştirakımız real görünür. Bunun üçün bəzi hüquqi problemləri həll etmək lazımdır”.
 
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Google+ WhatsApp ok.ru