Venesiyada miqrant yüzlərlə insanın gözü qarşısında kanalda batıb - VİDEO

Venesiyada miqrant yüzlərlə insanın gözü qarşısında kanalda batıb - VİDEO

Ona lazımı köməklik göstərilməyib
 
Qambiyadan olan miqrant Venesiyada yüzlərlə insanın gözü qarşısında kanalda batıb.
 
"Report" xəbər verir ki, bu barədə yerli "Rai News 24" kanalı məlumat yayıb.
 
O, humanitar səbəblərə görə verilmiş sənədlər əsasında iki ildir ki, İtaliya ərazisində yaşayırmış.
 
Miqrant ənənəvi Venesiya nəqliyyat vasitəsi olan su tramvayından özünü kanala atıb. Hadisə zamanı miqranta xilasedici jilet atılsa da, heç kim onu xilas etmək üçün suya girməyib.
 
Hazırda kanalda suyun temperaturu təqribən 5 dərəcədir. Kişinin meyiti sonradan sudan çıxarılıb. /

Google+ WhatsApp ok.ru