Venesuelada həbsxanada 70-dən çox insan ölüb

Venesuelada həbsxanada 70-dən çox insan ölüb

-- Ölənlərdən 10-u qadındır

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, ölənlərdən 68-nin kişi, 10-nun qadın olduğu bildirilir.
 
Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.
 

Google+ WhatsApp ok.ru