Venesuelada həbsxanadan qaçış zamanı 46 məhbus öldürülüb

Venesuelada həbsxanadan qaçış zamanı 46 məhbus öldürülüb

Venesuelada həbsxanadan kütləvi qaçışa cəhd zamanı həlak olan məhbusların sayı artıb.
 
Bu barədə cəzaçəkmə müəssisəsinin əməkdaşlarından birinə istinadən EFE agentliyi xəbər verib.
 
Məlumata görə, həbsxanadan qaçışa cəhd zamanı öldürülənlərin sayı 46-a çatıb.
 
Agentliyin müsahibi bildirib ki, öldürülənlərin sayı artacaq, çünki sayı hələ müəyyənləşdirilməmiş yaralılardan çoxu ağır vəziyyətdədir.
 
O, həmçinin qeyd edib ki, cəzaçəkmə müəssisəsinin direktoru Karlos Roxo kürəyindən ağır bıçaq xəsarəti alıb. İğtişaşların yatırılmasında iştirak etmiş milli qvardiyanın leytenantı partlayıcı qurğunun qəlpələrindən xəsarət alıb. Partlayıcını məhbuslardan biri atıb.
 
"El Nacional" qəzeti isə hadisə zamanı 41 nəfərin həlak olduğunu xəbər verib. 
 
Daha əvvəl bildirilirdi ki, Venesuelanın şimal-qərbindəki Portuqesa ştatındakı cəzaçəkmə müəssisəsində baş verən qarışıqlıqlar zamanı 17 məhbus həlak olub. /Report
 

Google+ WhatsApp ok.ru