Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 93-ə çatıb

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 93-ə çatıb

Venesuelada baş verən növbəti iğtişaşlar nəticəsində 9 milli qvardiyaçı yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.
 
Onun sözlərinə görə, milli qvardiyaçılardan 7-ə qarşı partlayıcı maddə ilə hücum təşkil edilib, daha 2-si güllə yarası alıb.
 
Bununla belə, Venesuela parlamentinin deputatı Anxel Alvares Xil iğtişaşlar zamanı 16 yaşlı yeniyetmənin odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü bəyan edib.
 
Beləliklə, aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
 
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
 

Google+ WhatsApp ok.ru