Venesuelada qaz balonlarının partlaması nəticəsində 30-dan çox adam xəsarət alıb

Venesuelada qaz balonlarının partlaması nəticəsində 30-dan çox adam xəsarət alıb

Venesuelanın şimal-şərqindəki Monaqas ştatının Kano-de-los-Beserros kəndində yük maşınında olan qaz balonlarının partlaması nəticəsində 30-dan çox insan yanıq xəsarətləri alıb.
 
APA xəbər verir ki, bu barədə “El Nacional” qəzeti yazıb.
 
Məlumata görə, insanlar yanan avtomobildən balonları çıxartmağa çalışdığı zaman partlayış baş verib. Xəsarət alanların bəziləri yerli tibb müəssisələrinə çatdırılıb.

Google+ WhatsApp ok.ru