Venesuela prezidenti CNN kanalını “ mafiya əlində müharibə vasitəsi” adlandırdı

Venesuela prezidenti CNN kanalını “ mafiya əlində müharibə vasitəsi” adlandırdı

Venesuelanın telekommunikasiyaları üzrə Milli Komissiyası çərşənbə günündən etibarən “CNN en espanol” kanalının yayımının dayandırılması barədə qərar verib.
 
Maide.Az xəbər verir ki, Venesuela prezidenti Venesuela prezidenti Nicolás Maduro “CNN en espanol” kanalını “həqiqi mafiya əlində müharibə vasitəsi” adlandırıb. “Amerikanın CNN kanalı  Venesuelanın İraqdakı səfirliyinin viza verməsi ilə bağlı yalan məlumat yayaraq təbliğat aparırdı. 
 
N.Maduro ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib ki,  CNN və ABŞ Xarici İşlər Nazirliyinin yürütdüyü səhv siyasətlərlə bağlı  gözü açıq olsun. “CNN kanalı və ABŞ Xarici İŞLər NAzirliyi  Venesuela əleyhinə geniş  yalan təbliğat aparır və ölkənin daixili işinə müdaxilə edir.”
 
Qeyd edək ki, Venesuelanın telekommunikasiyaları üzrə Milli Komissiyası  preventiv tədbirlər qismində CNN en espanol xəbərlər kanalının bütün milli ərazisi boyu yayımının dayandırılmasını və dərhal yayımdan çıxarılmasını göstəriş verib. 
Komissiyanın bəyanatına görə bu tədbir, Venesuela vətəndaşlarına təhlükəsizlik, sülh və etimad şəraitində həyat zəmanətini təmin etmək üçün qəbul olunub.
 
Komissiya qeyd edir ki, CNN-in verilişləri "bizim venesuela xalqının sülh və demokratik sabitliyinə birbaşa hücum edir, dözümsüzlük şəraiti yaradır".
 
 

Google+ WhatsApp ok.ru