`Vergi şapalağı` kimə dəyəcək?

`Vergi şapalağı` kimə dəyəcək?

-- Ölkənin ərzaq təhlükəsizliyi bu sahədən asılıdır

"Exo" qəzetində isə diqqəti "Azərbaycanda yeni vergi siyasəti: zərbə altına kim düşəcək?" sərlövhəli məqalə çəkir.
 
Müəllif Azərbaycanda yeni vergi siyasətinin perspektivini ekspert Əkrəm Həsənovla müzakirə edir.
 
"Vergilər Nazirliyinin qarşısına dövlət büdcəsinə ödəmələri artırmaq vəzifəsi qoyulub, nazirlik bu istiqamətdə güclü işləyəcək, amma yol vermək olmaz ki, nazirliyin bu qərarı aqrar sahəyə də təsir göstərsin, çünki fermerlər bu vergi yükünə davam gətirə bilməzlər". Bu şərhi qəzetə ekspert Ə.Həsənov verib.
 
Ə.Həsənov xəbərdarlıq edib ki, 2018-ci ildə vergi siyasəti sərtləşəcək, əvvəlki nazir vergi yığımını lazımi dərəcədə yerinə yetirə bilməyib, indiki nazir Mikayıl Cabbarovun qarşısına isə dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq kimi yeganə vəzifə qoyulub.
 
Ekspert deputat Ziyad Səmədzadənin Azərbaycanda vergi ödəyicilərinin sayininu artırılması ilə bağlı bu günlərdəki bəyanatının da narahatlıq yaratdığını deyir: "Əgər deputat "kölgə" iqtisadiyyatı ilə mübarizə apararaq bunun hesabına dövlət xəzinəsinə vergi daxilolmalarını artırmağı nəzərdə tutursa, bununla razıyam. Vergi ödəməyən fiziki şəxslər və müəssisələrlə mübarizəni çoxdan gücləndrimək lazm idi. Amma bunun güzəşti olan kateqoriyaya aid edilməsi qətiyyən yolverilməzdir. Bu kateqoriyaya kənd təsərrüfatı əməkçiləri daxildir. Azərbaycan üçün aqrar sahə qeyri-neft sektorunun prioritet istiqamətidir, üstəgəl, bütün dünyada kənd təsərrüfatı dotasiyalıdır. Ölkənin ərzaq təhlükəsizliyi bu sahədən asılıdır".
 
Ekspert xəbərdarlıq edir ki, əgər ölkə fermerləri vergi yükünə cəlb edilsələr, bu, kiçik və orta sahibkarlıq, elə dövlət üçün də pis qurtara bilər, həm də aqrar sektor vergi yükünə cəlb olunmadığı üçün burada fəaliyyətə başlayan sahibkarlar vergi təzyiqlərinə davam gətirməyərək bu sahəni tərk edib gedə bilərlər.
 
Ə.Həsənov bu sahədə hökumətə Avropa daxil, dünyanın 130 ölkəsində varlı şəxslərə tətbiq olunan "təmtəraq vergisi" təklif edir və deyir: "Əgər hökumət vergi daxil olmalarını artırmaq istəyirsə, varlılardan daha çox vergi almağı tövsiyə edirəm, bu kateqoriya üçün torpaq və əmlak vergiləri artırılmalıdır, nə qədər çox daşınmaz əmlak varsa, vergi də o qədər artırılmalıdır".
 
Ekspert deyir ki, indi ölkədə bir daxmada yaşayan şəxslə 15 milyon manatlıq təmtəraqlı villada yaşayan şəxsdən tutulan vergi eyni miqyasdadır, bu, ədalətli deyil.
 
Ə.Həsənov vurğulayır ki, Azərbaycanda gəlir vergisinə yenidən baxılmalıdır, hazırda aylıq gəliri 2500 manatdan az olan fiziki şəxsin gəlir vergisi 14%, 2500 manatdan çoxdursa 25% təşkil edir.
 
Ekspertə görə, ölkədə çoxsaylı insanlar var ki, gəlirlərini gizlədir, vergi yükü daşımırlar, belələrini qanunauyğun cəzalandırmaq lazımdır, aylıq gəlirləri 10 min manatdan yuxarı olan şəxslərin gəlir vergisi isə 35%-ə qaldırılmalıdır.(contact.az)

Google+ WhatsApp ok.ru