VI `Uşaq Mövlud Olimpiadası`nda qeydiyyat başladı

VI `Uşaq Mövlud Olimpiadası`nda qeydiyyat başladı

Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışmasına - VI "Uşaq Mövlud Olimpiadası"na start verilir.
 
"Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə təşkil edilir.
 
Qeyd edək ki, VI Azərbaycan "Uşaq Mövlud Olimpiadası"nın suallarının “Fiqh təlimləri” kitabından tərtib edilməsi nəzərdə tutulmuşdur. Uşaqların hazırlaşmasını optimallaşdırmaq üçün bu kitabın müxtəlif bölmələrinə aid sualların əlavə olaraq təqdim edilməsi nəzərdə tutulmuşdur. Belə ki, VI "Uşaq Mövlud Olimpiadası"na düşəcək suallar, təqdim edilən sualların arasından seçiləcəkdir. Qeyd edək ki, suallar kitabın 2-ci (“Təharət”), 3-cü (“Namaz”) və 4-cü (“Oruc”) bölmələrini əhatə edəcəkdir.
 
"Uşaq Mövlud Olimpiadası"nda II-VI sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. İstisnavi olaraq, sərbəst oxuyub-yaza bilən, sualları sərbəst qavrayaraq, cavab verə bilən I sinif şagirdləri də qeydiyyatdan keçə bilərlər.
 
Azərbaycan dilində təhsil almayan şagirdlərin valideynlərinin nəzərinə çatdırılır ki, "Uşaq Mövlud Olimpiadası"nda suallar yalnız latın qrafikası ilə təqdim edilir və uşağın məhz bu şəkildə qəbul edib, cavab verməsi lazımdır.
 
"Uşaq Mövlud Olimpiadası"nda iştirak etmək üçün, buraya keçid edərək, burada iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, e-mail ünvanını) bildirmək lazımdır.
 
VI "Uşaq Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddəti 2016-cı il dekabr ayının 13-ü, saat 23.00-a qədərdir.  
 
Sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək, "Uşaq Mövlud Olimpiadası"nda yarışlarda Sizə uğurlar arzulayırıq.
 
Qeyd edək ki, “Fiqh təlimləri” kitabını və  VI "Uşaq Mövlud Olimpiadası"na düşəcək sualları BU LİNKDƏN əldə edə bilərsiz. 

Google+ WhatsApp ok.ru