Vicdan məhbusu Şeyx Sərdarın müdafiəsinə daha  iki tanınmış vəkil  qoşulub

Vicdan məhbusu Şeyx Sərdarın müdafiəsinə daha iki tanınmış vəkil qoşulub

Bu gün (19 may) siyasi məhbus Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) məhkəməsi başlayır. Onun müdafiəsinə daha iki tanınmış vəkil - Osman Kazımov və Yalçın İmanov qoşulub.
 
Bu haqda Maide.Az-a məlumatı vəkillər özləri verib. 
 
Qeyd edək ki, vicdan məhbusu Sərdar Hacıhəsənlinin müdafiəsini indiyədək tanınmış vəkil  Cavad Cavadov həyata keçirirdi. Şeyx Sərdarın müdafiəsinə ötən gün vəkil Nemət Kərimli qoşulmuşdu. 
 
Namaz məhhusu Şeyx Sərdar Hacıhəsənli barəsində Masallı rayon polis idarəsində qaldırılmış  AR Cinayət Məcəlləsinin 168-3.1.3 maddəsi ilə olan cinayət işi üzrə məhkəmə bu gün  Masallı rayon Məhkəməsində saat 16:00-da hakim Anar Alməmmədovun sədrliyi ilə keçiriləcək.  
 
Xatırladaq ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu və siyasi məhbus ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmış və daha sonra bu müddət daha 20 gün artırılmışdır.
 

Google+ WhatsApp ok.ru