VIII `Mövlud Olimpiadası`nın qalibləri mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - VIII "Mövlud olimpiadası" keçirilib. Yanvar ayının 11-də Mövludla bağlı keçirilmiş bayram tədbirində qaliblərə mükafatlar təqdim edilib.

"Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə təşkil edilir.

 

VIII "Mövlud olimpiadası"nda finala çıxmış 46 iştirakçıdan 20 nəfəri finala çıxmağına görə fəxri fərmanla təltif edilib. 11 nəfər 19-22 bal toplamaqla önəmli nəticəyə görə təltif olunub. 4 nəfər 23 bal, 5 nəfər isə 24 bal toplamaqla çox önəmli nəticəyə görə təltif olunub.

 

Bundan başqa 24 xal yığmış Mütəllimova Rəna öncəki turların göstəricilərini nəzərə almaqla V yeri, Nadiroğlu Taleh isə IV yeri qazanmışlar. Olimpiadanın 3 iştirakçısı isə 25 mümkün xaldan 25-ni də toplamışdır. Lakin, öncəki turlanın nəticələrinə görə,

 

III yer – İsmayılova Rəna

II yer - Cəfərli Orxan

və Allahverdi Xədicə xanım I yeri tutmaqla VIII "MÖVLUD OLİMPİADASI"nın qalibi olmuşdur.deyerler /

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru