Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

Vilayəti-fəqih nəzəriyyəsini haqlı olaraq imam Mehdinin (əc) qeyb dövründə İslamın siyasi üsul-idarəsinin ən prinsipial və mühüm əsası saya bilərik. Bu nəzəriyyə 20 əsrin sonlarında cəmiyyətin idarə olunması baxımından dinin rolunu və səlahiyyətini əməli şəkildə sübuta yetirdi. İslam Respublikasının banisi həzrət imam Rahil (r) bu düşüncəyə əsaslanaraq İslam üsul-idarəsi yaratdı. Hansı ki, dünyanın imperialist super gücləri bu prosesə ciddi müxalifətdə idilər.
Miladi 16 əsrin axırlarından başlayaraq qərbdə siyasi elmlər üzrə mütəxəssislər və tanınmış siyasətçilər dinin siyasətdən ayrı olduğunu və onun cəmiyyətin tələblərinə cavab vermədiyini bildirirdilər. Artıq bu münasibəti kilsə xadimləri də qəbul etmişdi. Belə bir məqamda müsəlman bir ruhani və müctehid dini prinsiplər əsasında üsul-idarə yaratmağa müvəffəq oldu. Dini dəyərlərin və hökmlərin, bir sözlə, dini düşüncənin cəmiyyətə hakim olması dostları və düşmənləri heyrətə gətirdi. İmam “hökumət bütün İslami hökmlərin əməli fəlsəfəsidir” şüarını vurğulamaqla, “yalnız İslam respublikası, nə bir kəlmə əskik, nə bir kəlmə artıq” prinsipini irəli sürməklə, respublika sözünün əvvəlinə “Demokratik” sözünün əlavə edilməsi təklifini rədd etməklə vilayəti-fəqih nəzəriyyəsi əsasında qurulmuş İslam respublikasının bütün üsul-idarələrdən üstün olduğunu elmi və əməli şəkildə sübuta yetirdi. Müxaliflərin iddialarının əksinə olaraq, bu üsul-idarənin cəmiyyəti dünyadakı bütün üsul-idarələrdən daha yaxşı idarə edə biləcəyi təsdiqləndi.
 

Google+ WhatsApp