Virtual reallıqda ağrı və temperaturu hiss etmək reallığa çevrilir

Virtual reallıqda ağrı və temperaturu hiss etmək reallığa çevrilir

"Tegway" şirkətinin tərtibatçıları tərəfindən virtual reallıq üçün yaradılmış oyun kontrolleri prototipi oyunçuya ovucu ilə ağrını və temperatur dəyişikliyini hiss etməyə imkan verəcək. Bu günlərdə  San-Fransiskoda keçirilmiş tədbirdə istehsalçılar yeni texnologiyanı nümayiş etdiriblər.
 
Maide.İnfo "ICTnews"a istinadən xəbər verir ki, kontrollerə elektrik enerjisi verildikdə o öz temperaturunu dəyişdirir, buna görə virtual reallıqda belə cihazdan istifadə çox maraqlıdır: oyun zamanı alova çox yaxınlaşan istifadəçi onu öz əlləri ilə hiss edə biləcək, çünki kontroller qızacaq. Həmçinin soyuq əşyaları hiss etmək mümkün olacaq.
 
Kontroller hələ tam hazır deyil, buna görə yaxın vaxtlarda satışa çıxarılmayacaq. /

Google+ WhatsApp ok.ru