Viza proseduru sadələşir

Viza proseduru sadələşir

-- Mayın 15-dən əcnəbilər Azərbaycanda vizaları daha rahat əldə edə biləcək

Mayın 15-dən başlayaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda vizaları daha rahat əldə edə biləcəklər.
 
Prezidenti İlham Əliyevin respublikanın beynəlxalq hava limanlarında viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərmanında belə ifadə olunur.
 
Sənəddə qeyd edilir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanən beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
 
Mayın 15-dək prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi hava limanlarında vizaların "ASAN Viza" sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
 
Xarici İşlər Nazirliyi isə hava limanlarında yerləşən xidmət məntəqələrin agentliyə təhvil verilməsini mərhələli şəkildə həyata keçirməlidir.
 
Bundan başqa, XİN Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Dövlət Agentliyinə təqdim etməlidir.(turan)

Google+ WhatsApp ok.ru