Vladimir ​Putin: `Çinlə səylərimizi birləşdirib, çətinlikləri dəf edə bilərik`

Rusiya Çinlə səylərini birləşdirərək, bütün çətinliklərin öhdəsindən gələ və problemləri həll edə bilər".
Bunu Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Tszinpinlə Şanxay Əməkdaşlığı Təşkilatının sammiti çərçivəsində keçirdiyi görüşdə bildirib.
V.Putin qeyd edib ki, iqtisadiyyatda, beynəlxalq siyasətdə üzləşdikləri çətinlikləri yaxşı dərk edirlər: "Şübhəsiz, səylərimizi birləşdirməklə qarşımızda duran bütün problemləri və çətinlikləri həll edə bilərik". 

Google+ WhatsApp ok.ru