Vladimir Putin: “Azərbaycan və Rusiya ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər”

Vladimir Putin: “Azərbaycan və Rusiya ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər”

Vladimir Putin: “Azərbaycan və Rusiya ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər”
 
Rusiya və Azərbaycan dollar ifadəsində azalan ticarət dövriyyəsinin həcminin artırılması yollarını tapa bilər.
 
“APA-Economics”in RİA “Novosti”yə istinadən məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan və prezident İlham Əliyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.
 
Onun sözlərinə görə, ticarət dövriyyəsində baş vermiş azalmaya dünya iqtisadiyyatında və hər iki ölkənin iqtisadiyyatında böhran olması səbəb olub: “Bununla əlaqədar da bizim ənənəvi ixrac məhsullarının qiymətinin aşağı düşməsi, məzənnə fərqi də ticarət dövriyyəsinin azalmasının səbəblərindəndir. Bu gün bu məsələlərin həlli barədə danışa biləcəyik”.
 
Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı baza yaranıb: “Biz fiziki həcmləri saxlayırıq. Bizim nəinki energetika sahəsində, digər sahələrdə də perspektivli layihələrimiz mövcuddur”.
 
V. Putin qeyd edib ki, hazırda Rusiyanın təxminən 600 şirkəti Azərbaycanda çalışır: “Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 1,5 mlrd. dollar təşkil edir. Bizim Xəzər dənizindəki əməkdaşlığımız, həmçinin hərbi əməkdaşlığımız davam etdirilir”.
 
Rusiya prezidenti əlavə edib ki, ikitərəfli əməkdaşlıq kağızda deyil, görülən işin sayəsində strateji tərəfdaşlıq xarakteri alıb ki, bu da münasibətlərin şaxələndirilməsi üçün olduqca vacibdir. /

Google+ WhatsApp ok.ru