Vladimir Putin və Bəşər Əsəd görüşüblər

Vladimir Putin və Bəşər Əsəd görüşüblər

-- Görüş Soçidə baş tutub

Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya rəhbəri Bəşər Əsədlə görüşüb.
 
APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Soçidə baş tutub. Görüşün detalları açıqlanacaq. 
 
Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suryadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək.
 
Xatırladaq ki, Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər.
 
 

Google+ WhatsApp ok.ru