Volkswagen qərarını açıqladı: milyonlarla maşın geri çağırılır

Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagenin (VW) amtomobillərində emissiya sınaqlarında manipulyasiya etdiyinin ortaya çıxmasından sonra şirkətin 5 milyon avtomobilini geri çağıracağı bildirildi.
 
Maide.az-ın məlumatına görə, VW-dən verilən açıqlamada bildirilir ki, səsboğan emissiya sınaqlarında dizel mühərrikli avtomobillər üçün şirkət fəaliyyət planını hazırlayıb.
 
İlk addım olaraq müştərilərin avtomobillərində səsboğan emissiya probleminin düzəldilməsi barədə məlumat veriləcəyi bildirilən açıqlamada, bütün avtomobillərin texniki olaraq etibarlı və istifadə üçün yararlı vəziyyətdə olduğuna işarə edilib.
 
Müştərilərə də gələcək həftələr və aylarda irəliləyişlər barədə məlumat veriləcəyi bildirilən açıqlamada, zərər çəkən bütün markalar barədə müştərilərin son vəziyyətə dair mütəmadi məlumat ala biləcəyi internet saytlarının dövriyyəyə buraxılacağı vurğulanıb.
 
Aparılan daxili qiymətləndirmədə dünya miqyasında şirkət qrupuna aid 11 milyon avtomobildən Volkswagen markasına aid 5 milyon avtomobilin xidmətə qəbul olunacağı bildirilən açıqlamada, sözügedən maşının müəyyən istehsal ili və modellərinə görə, "EA 189" tipli dizel mühərrikləri təchiz edilmiş olduğu qeyd edilib.
 
Digər tərəfdən manipulyasiyadan zərər çəkən avtomobillərdən yaranacaq zərərin ödənilməsi üçün ayrılan təxminən 6,5 milyard avronun çatmayacağı bildirilir.

Google+ WhatsApp ok.ru