Vyetnamda `Damri` 44 nəfəri öldürdü, 19 nəfəri `itirdi`

Vyetnamda `Damri` 44 nəfəri öldürdü, 19 nəfəri `itirdi`

-- 30 mindən çox adam evlərini tərk edib

Vyetnamın mərkəzi hissəsində tüğyan edən "Damri" qasırğası son 3 sutkada 44 nəfərin ölümünə səbəb olub, daha 19 nəfər itkin düşüb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə ölkədə təbii fəlakətlərin fəsadlarına qarşı mübarizə üzrə Milli Koordinasiya Komitəsi xəbər yayıb.
 
Milli Koordinasiya Komitəsinin verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində həmin ərazilərdə daşqınlar 40 mindən çox yaşayış evini təhlükə altında qoyub.
 
Son məlumata görə, 30 mindən çox adam evlərini tərk edib.
 
Qsırğa nəticəsində Mərkəzi Vyetnamda nəqliyyatın işi də problemlə üzləşib. Belə ki, avtomagistral yollar və dəmiryolunun 30 kilomtrdən çox hissəsi yağış suları altında qalıb.
 

Google+ WhatsApp ok.ru