`Vəba Yəmən xalqının üzləşdiyi böhranlardan yalnız biridir`

`Vəba Yəmən xalqının üzləşdiyi böhranlardan yalnız biridir`

"Beynəlxalq təşkilatlar Səudiyyə Ərəbistanın Yəməndə törətdiyi cinayətlərdə onunla şərikdir".
 
Bunu Yəməndə Təcavüzlə Mədəni Mübarizə Cəbhəsinin sədri xanım İbtisam Əl-Mütəvəkkil deyib. 
 
Maide.Az xəbər verir ki, İ.Əl-Mütəvəkkil deyib ki, vəba  Yəmən xalqının üzləşdiyi böhranlardan yalnız biridir. “Yəməndəki insani faciə böhran həddə çatıb və beynəlxalq ictimaiyyət və beynəlxalq insan haqları təşkilatları bu şəraitin yaranmasında rolu var. Çünki onlar Yəmən xalqının qətliamı və mühasirəsi qarşısında sükut edir. Onlar yəmənli uşaqların qətliamına göz yumur. Vəba, Yəmən xalqının üzləşdiyi böhranlardan biridir və beynəlxalq ictimaiyyət bu məzlum xalqın problemlərinə sadəcə baxır”. 
 
O deyib ki, beynəxalq ictimaiyyətin Səudiyyə Ərəbistanın Yəməndəki cinayətlərinə qarşı reaksiyası çox maraqlıdır. “Səudiyyə Ərəbistanı insan haqlarını pozan bir ölkə kimi təqdim olunmaq əvəzinə, onu  BMT-də insan hüquqları şurasına üzv seçilir. Bu beynəlxalq təşkilatların ərəbistanın cinayətləri qarşısındakı sükutudur. Onlar Səudiyyə rejimi ilə bu cinayətlərdə şərikdir, Səudiyyə onları pulla alıb”.
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ötən 3 gün ərzində Yəməndə vəbadan 11 nəfər həyatını itirib. “Yəmənin 11 əyalətində vəba epidemiyasına tutulanların sayı 338 min 969 nəfərə çatıb. Yəmən xalqı sağlam içməli sudan məhrum olduğu üçün vəba xəstəliyi bu ölkədə geniş yayılıb”.
Hesabata əsasən, hazırda Yəmənin 23 əyalətindən 21-də  vəba xəstəliyi geniş yayılıb. 
 
2015-ci ilin statistikasına əsasən Yəmənin 27 milyon nəfərdən çox əhalisi var. Yəmən ölkə tələbatının 90 faizini müharibədən öncə idxalat hesabına təmin edirdi. Səudiyyə Ərəbistanın Yəmənə təcavüzündən sonra  yüzlərlə insan evlərindən didərgin düşüb, ölkənin infrastrukturunun 80 faizi dağıdılıb. Mövcud statistikaya əsasən, Səudiyyə rejiminin təcavüzü nəticəsində 12 milyon nəfərdən çox yəmənli həyatını itirib. /
 
ابتسام المتوکل

Google+ WhatsApp ok.ru