Vəkil Elçin Sadıqov da Şeyx Sərdar Hacıhəsənlinin müdafiəsinə qoşuldu  - VİDEO

Vəkil Elçin Sadıqov da Şeyx Sərdar Hacıhəsənlinin müdafiəsinə qoşuldu - VİDEO

Xəbər verdiyimiz kimi may ayının 25-də vicdan məhbusu Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) növbəti məhkəməsi keçiriləcək. Onun müdafiəsinə daha bir tanınmış vəkil – Elçin Sadıqov da qoşulub. 
 
Maide.Az xəbər verir ki, vəkil E.Sadıqovun fb səhifəsində "Namaz məhbusu Babayev Sərdar Akif oğlunun qanunsuz olaraq CM-nin 168-1.3.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı çıxışım" başlığı ilə video paylaşıb. O, öz çıxışında Şeyx Sərdar Hacıhəsənlinin müdafiə qoşulduğunu və digər məlumatları açıqlayıb. 
 
Qeyd edək ki, vicdan məhbusu Sərdar Hacıhəsənlinin müdafiəsini indiyədək tanınmış vəkillər Cavad Cavadov, Nemət Kərimli, Osman Kazımov və Yalçın İmanov həyata keçirirdi. 
 
Xatırladaq ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu və siyasi məhbus ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmış və daha sonra bu müddət daha 20 gün artırılmışdır.
 
Sərdar Babayevin növbəti məhkəməsi may ayının 25-də saat 11:00-da Masallı Rayon Məhkəməsində keçiriləcək. 
 
 
Maide.Az vəkil E.Sadıqovun çıxışını təqdim edir: 
 

Google+ WhatsApp ok.ru