Vəkil: Namaz məhbusu Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı -AUDİO

Vəkil: Namaz məhbusu Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı -AUDİO

Bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallı Rayon Məhkəməsində məhkəməsi keçirilib. 
 
Məhkəmədən sonra vəkil Cavad Cavadov  Maide.Az-a açıqlama verib. “Bu gün Şeyx Sərdar Hacıhəsənlinin barəsində olan cinayət işinin materialları ilə tanış olmaq üçün Masallı Rayon Polis şöbəsinə gəldim, lakin məlum oldu ki, onun barəsində həbs qəti-imkan tədbiri növbəti dəfə uzadılacaqdır. Burda İstintaq orqanı bizə yalan məlumat veribdir. Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs müddəti bir daha uzadılıb. İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay istəyib və məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib". 
 
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmışdı. 
 
Vəkil Cavad Cavadovun Maide.Az-a verdiyi açıqlamasının səs yazısını təqdim edirik:

 

Google+ WhatsApp ok.ru