Vəkil: Şeyx Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib

Vəkil: Şeyx Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-da saxlanılıb.
 
Maide.Az xəbər verir ki, ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.
 
Tanınmış vəkilin açıqlamasında deyilir:
 
Media tərəfindən mümkün qədər yaylmasını xahiş edirəm:
Sərdar Babayev barəsində Masallı rayon Məhkəməsinin bu günkü qərarı ilə həbs qətimkan tədbiri seçilib, hansı müddətə sabah biləcəm.
Ona elan olunan ittiham: Cinayət Məcəlləsinin 168-1.1. maddəsi İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması .
 
1) Sərdar Babayev Azərbaycanda dini təhsil alması ilə bağlı istintaq orqanında məlumat vardır;
2) Maddənin özü Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasına ziddir;
3) Bu cinayət az-ağır cinayətlər kateqoriyasına aiddir;
4) Sərdar Babayev dəfələrlə istintaq orqanının çağırışlarına könüllü olaraq gəlibdir.
 
Hökümət rəsmilərindən xahiş edirəm bu qanunsuzluğun aradan qaldırılması üçün müdaxilə edilsin və Sərdar Babayev həbsdən azad edilsin.

Google+ WhatsApp ok.ru